ZOOTREND 2000-ci ildən etibarən fəaliyyət göstərən, heyvansevərlərin etibar etdiyi pet-shop mağazasıdır. Qurulduğumuz gündən etibarən əsas məqsədimiz ev heyvanlarının sağlamlığı və rifahı üçün keyfiyyətli məhsullar təqdim etməkdir. Mağazamızda Vancat, Rocat, Nexgard, Gemon, Simba, Animonda və digər tanınmış beynəlxalq brendlərin məhsullarını tapa bilərsiniz. İtlər, pişiklər, quşlar və gəmiricilər üçün yemlər, aksesuarlar, gigiyena vasitələri və digər zəruri məhsullar geniş çeşiddə təqdim olunur. ZOOTREND olaraq biz, müştərilərimizə yalnız məhsul deyil, həm də güvən və məmnuniyyət təqdim etməyə çalışırıq. Çünki biz bilirik ki, hər bir ev heyvanı sadəcə bir dost deyil, ailənin dəyərli üzvüdür.